Ankarada terror aktı törədildi: 28 ölü, 61 yaralı

Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib. APA TV-nin məlumatına görə, əsgərləri daşıyan maşınlar keçərkən partlayış baş verib. İlkin məlumata görə, əsgərləri daşıyan maşınlardan 3-ü yanıb.

 

Türkiyənin hökumət sözçüsü Numan Kurtulmuş bildirib ki, terror aktı nəticəsində 28 nəfər ölüb, 61 adam yaralanıb. O, terror aktının arxasında duranların ortaya çıxarılacağını bəyan edib.

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Ankaradakı terror aktı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yerli vaxtla saat 18.31-də (Bakı vaxtı ilə saat 20.31) Silahlı Qüvvələrin heyətini daşıyan avtobuslara İnönü bulvarı yaxınlığında terror hücumu olub. Həmin vaxt avtobuslar yolayrıcındakı işıqforda dayanıblarmış.

Müəllif | Apa.Tv