Xaçmazda üç maşın toqquşdu: 2 ölü, 5 yaralı

Ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Xudat şəhər sakini, 28 yaşlı Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi "KİA" markalı avtomobil qarşıdan gələn, Xaçmaz rayonunun Şərifoba kənd sakini 31 yaşlı Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub.

 

Toqquşmadan sonra idarəetmədən çıxan "VAZ-2106" qarşı zolaqda hərəkət edən Xaçmaz rayon sakini 24 yaşlı Şükürov Rövşən Şahbala oğlunun idarə etdiyi "VAZ-21093" markalı avtomobilə çırpılıb.

 

Nəticədə "VAZ-2106"-nın sürücüsü Şıxbala Zeynalov və sərnişini, Xaçmaz rayon sakini 27 yaşlı Cavadov Elvin Elsevər oğlu dünyasını dəyişib. Hadisə zamanı Xaçmaz rayon sakinləri - 28 yaşlı Orucov Vüsal Məhəmməd oğlu, 28 yaşlı Nüsrətov Ruslan Xanəhməd oğlu, 23 yaşlı Zamanov Nadir Allahverdi oğlu, 24 yaşlı Əhədov Rəhman Azad oğlu və 24 yaşlı Əsgərov Ehtiram Etibar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan