Xırdalanda soyğunçuluq edən ər-arvad həbs olundu

“Kukla-zadam sənin ücün? Kuklaya oxşayıram?” Bu sözləri Abşeron rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanan Nurlana Əsədova qarət etdiyi aptekdə işləyən qızlara deyib. Səbəb isə satıcıların onların tələb etdiyi dərmanları verməməsi olub. Hadisə sentyabrın 29-da Xırdalanda qeydə alınıb. Müştəri qismində aptekə daxil olan qadın və kişi əvvəl satıcıya yaxınlaşaraq sakitləşdirici dərman istəyiblər. Daha sonra kişi qapının yanına yaxınlaşıb, qadın isə çantasında gəzdirdiyi bıcağı cıxararaq satıcıya kənara cəkilməyi məsləhət bilib.

Satıcı Aynur Abdullayeva və Sevinc Zeynalova qorxduqlarından hec nə danışmayıblar. Ertəsi gün isə bu barədə aptekin sahibinə xəbər veriblər. Polisə məlumat verildikdən sonra əməliyyat i axtarış qrupu yaradılıb. Ardını isə bilirsiniz.. Əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun həyat yoldaşı Nurlana Əsədova tutulublar. Kişıdən fərqli olaraq qadın deyəsən hec polis bölməsində də narkotik maddənin təsirindən ayılmamışdı.

Müəllif | Apa.Tv
Apa.tv