Bakıda əyləci sıradan çıxan avtobus qəzaya uğradı - ÖLÜMDƏN DÖNDÜLƏR

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin xəbərinə görə, 49 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu Ramiz Qəmbərov küçəsi ilə hərəkətdə olarkən əyləc sistemində nasazlıq yaranıb.

 

Bunu görən sürücü sərnişinləri düşürüb. Yol yoxuş olduğundan, avtobus arxaya doğru hərəkət etməyə başlayıb. Əyləc işləmədiyindən, sürücü maşını saxlaya bilməyib.

 

Avtobusun arxadan gələn avtomobillərə çırpılacağını görən sürücü onu bardürlərə vuraraq saxlamaq istəyib. Lakin yoldan çıxan avtobus aşmaq təhlükəsi ilə üzləşib.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Əraziyə ağır texnika cəlb olunub. Texnikanın köməyi ilə avtobus çıxarılıb.

 

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv