Ankaradakı terroru törədən şəxsin kimliyi bəlli oldu
Ankaradakı terror aktını törədən şəxsin kimliyi məlum olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 28 insanın həyatını itirdiyi, 60-dan çox insanın yaralandığı hadisəni törədən şəxs kürd əsilli Suriya vətəndaşı, PYD/YPG üzvü Salih Necardır.
Terrorçunun barmaq izləri partlayışdan bir neçə saat sonra əldə olunub. Salih Necar 1992-ci ildə doğulub. Barmaq izləri və bədəninin hissələrindən kimliyi bəlli olan terrorçu Türkiyəyə iyul ayında daxil olub. Ölkəyə girərkən barmaq izləri götürülüb. Polis bu qeydə görə onun kimliyini aşkarlayıb.
Salih Necarla əlaqəsi olan iki nəfər saxlanılıb.