Bakıda iki məktəbli itkin düşüb
Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb. Bu barədə APA-ya itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib.
Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.
V.Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.
Polisdən APA-ya bildirilib ki, hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.