Türkiyə qan gölünə döndü: Diyarbəkirdə daha bir terror törədildi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada baş verən, 28 nəfərin ölümü və 61 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı istintaqın gedişi ilə əlaqədar açıqlama ilə çıxış edib.


APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, o, verdiyi açıqlamada artıq bu qanlı hadisənin təfərrüatları və şübhəlilərin kimliyinin məlum olduğunu dilə gətirib.

"Hazırda hadisənin təfərrüatları, eləcə də onu törədənlərin kimliyi bizə tamamilə aydındır. Bu qanlı hücumu Türkiyə daxilindəki terror təşkilatının üzvləri və YPG üzvü olan şəxs təşkil edib. Bu adam eyni zamanda həm də PKK-nın üzvüdür. Həmin şəxs 1992-ci il təvəllüdlü Saleh Nəccardır. Baş vermiş hadisə ilə əlaqədar 9 nəfər saxlanılıb, onların YPG ilə əlaqəsinin olması da artıq sübuta yetirilib", - deyə baş nazir əlavə edib.

Bu arada Diyarbəkirdə də terror aktının törədildiyi məlum olub. Diyarbəkirin Licə qəsəbəsində hərbi maşının keçidi zamanı partlayış baş verib. Kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində xeyli sayda yaralıların olduğu bildirilir. Əraziyə təcili yardım maşınları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv