Diyarbəkir terrorunun nəticəsi: 7 əsgər şəhid oldu

Türkiyənin Diyarbəkir vilayətində yeddi türk əsgəri şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Diyarbəkir-Bingöl yolundan hərbi konvoyun keçdiyi vaxt baş verib.

 

İlkin məlumatlara görə, baş verən partlayışda 7 əsgər şəhid olub.  Partlayışın PKK-çı terrorçular tərəfindən uzaqdan idarə olunan bomba ilə törədildiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv