Türkiyə İraq ərazisini bombaladı - BÖLGƏDƏ GƏRGİNLİK ARTIR

Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb.

 

Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.

 

Hələlik əməliyyatın nəticələri barədə məlumat yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv