Gəncədə 65 yaşlı qadını maşın vurdu

Gəncədə 65 yaşlı qadını avtomobil vurub. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Şəhər sakini, 1951-ci il təvəllüdlü Amalya Ağayeva yolu keçmək istəyərkən “Toyota” markalı avtomobillə vurulub. Müxtəlif bədən xəsarəti alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkim Şahin Quliyevin sözlərinə görə, ilkin müayinə zamanı xəstənin sağ qaşında əzik, hematoma, sol çiyin oynağında kəskin ağrıların olduğu müəyyən edilib: "Müayinə zamanı sağ bazunun başında sınıq da aşkar olunub. Tibbi yardım göstərilib sonrakı müayinə və müalicə üçün şöbəyə yerləşdirilib. Vəziyyəti stabil ağırdır".


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli