İmişlidə 3 yaşlı uşaq kanalda boğuldu
İmişlidə 3 yaşlı uşaq kanalda boğulub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli rayonunun Oruclu kəndində qeydə alınıb.
Ötən gün səhər saatlarında 3 yaşlı Mənsimova Mələk Azər qızının itdiyi məlum olub. Uşağın itdiyini zənn edən və onu axtaran ailə üzvləri axşam saatlarında yaxınlıqdan keçən su kanalından Mələyin meyitini aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.