Güclü külək Şirvanda və ətraf rayonlarda fəsadlar törətdi
Güclü külək Mi-Muğan bölgəsində ciddi fəsadlar törədib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda güclü külək dam örtüklərini yerə atıb, ağacları kökündən çıxarıb, evlərin üstünə quraşdırılan yüngül çənləri yerə atıb.
Bəzi yerlərdə çardaqlar uçub, kran aşıb, binanın üstündən düşən çən 2 avtomobili əzib. Külək elektrik naqillərini də qırıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Təbii fəlakət şəhər təsərrüfatına xeyli ziyan vurub. Hazırda küləkli havanı sulu qar müşayiət edir. Yerli qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırır.
Eyni zamanda digər ətraf rayonlarda da külək inzibati və yaşayış binalarına ziyan vurub. Hacıqabulun Qızılburun qəsəbəsində məcburi köçkünlərin yaşadığı mənzilin dam örtüyü tamamilə uçub.