Ucardakı xurma bağlarına naməlum virus düşüb

Ucarın Xalac kəndində fermerlərin ciddi narahatçılğına səbəb son iki ildə bağlarındakı xurma məhsullarına  naməlum virusun düşməsidir. Bu virus avqust ayından etibarən əvvəlcə meyvənin yarpaqlarına düşür. Sarı-qara rəngdə olan pas ləkələr yarpaqların bir həftə ərzində solaraq düşməsinə, daha sonra ağacdakı meyvələrə keçməsinə səbəbə olur. Xurma meyvəsi adətən oktyabrda yetişdiyi halda bu xəstəlik üzündən sentyabrda dəyir. Lakin bu xəstə meyvə həm xarici görünüşünə, həm də dadına görə fərqli, orqanizm üçün təhlükəlidir. APA TV-nin xəbərinə görə, 3 gün müddətində isə xəstə ağacda nə meyvə, nə də yarpaq tapılır.

 

20 ildir ki, xurmanı yaxşı qiymətə xarici bazara satdıqlarını deyən fermerlər  əvvəllər bir ağacdan 200-400 kq olmaqla ilə 20-30 ton xurma yığdıqlarını bildirirlər və naməlum virusun əlindən oktyabrın 20-dən sonra bir məhsul belə tapmayacaqlarından narahatdırlar.

 

Ucarda ixtisaslı mütəxəssilərin çalışdığı Bitki mühafizə idarəsinin rəisi və ixtissaslı aqronom Əlsahib Seyidov isə belə bir virusun varlığından xəbərsiz olduğunu və fermerlərin ona müraciət etmədiyini deyir.

Müəllif | Apa.Tv
Zahid Abışov