Göygöldə ağır qəza: 8 yaralı

Göygöldə 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Ayaz Kazımov və Sabir küçələrinin kəsişməsində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Xəsarət alanlar Göygöl rayon Mollacəlili kənd sakinləri, 24 yaşlı Qədim və 28 yaşlı Bilman Abdiyevlər, 30 yaşlı Sahib Quliyev, 29 yaşlı Sənan Məcidov, 23 yaşlı Taleh Səmədzadə, 20 yaşlı Rüfət Həsənov, 25 yaşlı Şaiq Əhmədov və Gəncə şəhər sakini, 43 yaşlı Araz Tanrıverdiyevdir.
 

Yaralılardan Qədim Abiyev və Sahib Quliyevin vəziyyətləri ağır digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli