“Brent” ucuzlaşdı, WTI bahalaşdı - NEFT BAZARI

Dünən dünya birjalarında neftin qiyməti maksimuma - 35,63 dollara çatdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, bu gün səhər seanslarında “Brent” markalı neftin bir bareli 34,12 dollardan satılıb. Qərbi Texas nefti isə gün ərzində xeyli bahalaşıb. Dünən 31,17 dollardan satılan WTI markalı neft bu gün 1,6 dollar baha satılır. Aprel ayının sonları üçün bağlanan fyüçerslərdə WTI neftinin qiyməti 32,77 dollar müəyyənləşib. Ekspertlər Qətər danışıqlarının nəticəsiz qalmasının ərəb neftinin qiymətinə mənfi təsir göstərdiyini, “Brent” markalı neftin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırılar. 

Müəllif | Apa.Tv
Apa.tv