İŞİD-dən daha bir vəhşət: musiqi dinləyən 15 yaşlı yeniyetməni qumbaraatanla vurdular - EDAM ANI

İraqda İŞİD yaraqlıları 15 yaşlı yeniyetmənin qərb musiqisi dinlədiyinə görə edam ediblər. APA TV-nin məlumatına görə, bu barədə “Daily Mail” yazıb.


Terrorçular Ayham Hüseyni Mosulda “CD Player” ilə yaxalayıblar. Şəriət məhkəməsi gəncin edam edilməsinə hökm verib. Bundan sonra hökm yerli sakinlərin gözü qarşısında həyata keçirilib. 15 yaşlı yeniyetməyə qumbaraatandan atəş açılıb. Gəncin cəsədinin qalıqları ailəsinə təhvil verilib.


İŞİD-in nəzarət etdiyi ərazilərdə musiqi alətlərində ifa etmək və musiqi sədaları altında oxumaq qadağandır. Amma bəzi terrorçular naşidlərin ifasını ənənəvi musiqi anlayışında qəbul etməyərək dinləyirlər.

 

Müəllif | Apa.Tv