Roma Papası və Donald Tramp arasında söz dueli

Roma Papası Fransisk və ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp arasında din mövzusunda polemika başlayıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Papa Meksika səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb. ABŞ-da keçirilən seçki mövzusuna toxunan Papa ad çəkmədən Trampın inancını şübhə altına alıb.

 

Dini lider Meksika sərhədinə divar hörülməsini tələb edən Trampı nəzərdə tutaraq "Körpülər qurmaq yerinə, davamlı olaraq divar hörməyi düşünən bir kimsə xristian dininə mənsub ola bilməz" - deyib.

 

Qaçqınlara, xüsusən də müsəlmanlara qarşı nifrət dolu açıqlamaları ilə seçilən milyarder namizədin Papaya cavabı isə gecikməyib. "Əgər bir gün Vatikana İŞİD tərəfindən hücum edilərsə, - hamı bunun terror təşkilatının əsas məqsədi olduğunu bilir, - o zaman Papa Donald Trampın prezident olmasını istəyəcək və bunu üçün dua edəcək" - deyə Tramp qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv