Rusiyada şəhər meri faciəli şəkildə öldü

Fevralın 19-da səhər Rusiyanın Svobodnensk rayonunun Moskvitino və Orlinı qəsəbələri arasındakı yolda dəhşətli avtomobil qəzası baş verib.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.


Qəzanın minik avtomobili ilə ağır tonnajlı yük maşınının toqquşması nəticəsində qeydə alındığı bildirilib. Həlak olanlar sürücü və onun sərnişini, Amur vilayətində yerləşən Şimanovo şəhərinin meri, 57 yaşlı Nikolay Dontsovdur.

 

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv