DİN İTV-nin əməkdaşının itkin düşməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi İTV-nin əməkdaşının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdə  Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmaması barədə polisə məlumat daxil olub.

 

Məlumatda qeyd olunur ki, Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

 

Rəşad Əliyevi görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

 

Qeyd edək ki, Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Müəllif | Apa.Tv
Apa.tv