Şimali Osetiyanın prezidenti dünyasını dəyişdi

Şimali Osetiyanın prezidenti Tamerlan Aquzarov vəfat edib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, 53 yaşlı mərhum prezident fevralın əvvəlində pnevmoniya diaqnozu ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilmişdi.

 

O zaman T.Aquzarov xəstəliyi barəsində yayılan məlumatları şayiə adlandıraraq, tezliklə işinin başına dönəcəyini bildirirdi.

 

Tamerlan Aquzarov 1963-cü il iyunun 14-də Şimali Osetiyanın Alagir şəhərində anadan olub. Şimali Osetiya Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Uzun müddət prokurorluq orqanlarında çalışıb. 2006-cı ildə Ali Məhkəmənin sədri təyin edilib. 2015-ci ilin sentyabrında Şimali Osetiya prezidenti vəzifəsinə seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv