Çavuşoğlu: "Rusiya və İran Suriyada sülhün əldə olunmasına mane olurlar"

"Türkiyə Suriya böhranının siyasi yolla həllinin tərəfdarıdır, Rusiya və İran isə hazırda adı çəkilən ölkədə buna mane olurlar".

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu açıqlama ilə Tiflisdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"İŞİD-lə mübarizə adı altında Rusiya təyyarələrinin Suriyada keçirdiyi əməliyyatlar nəticəsində zərbələr terrorçuların əlində olan ərazilərin yalnız 12 faizinə endirilib. Bu zərbələrin 88 faizi Əsədə müxalif olan qruplaşmaları hədəfə alıb. Rusiya və İranın əsas məqsədi Əsəd rejimini möhkəmlətməkdir", - deyə, diplomat bildirib.


Türkiyəli nazir bildirib ki, Suriyada atəş dərhal dayandırılmalı və danışıqlara gedilməlidir.

Müəllif | Apa.Tv
Apa.tv