Dolların 3 günlük məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının fevralın 22-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın 22-ə 1,5604 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, dollar bu gün 1,5635 manata bərabər olub.