Obamadan Ərdoğana zəng: "ABŞ Türkiyəyə dəstək verəcək"

ABŞ prezidenti Barak Obama cümə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

 

APA TV-nin məlumatına görə, Barak Obama telefon söhbətində Türkiyənin terrorla mübarizəsinə dəstəyini ifadə edib.

 

ABŞ prezidenti Ankarada baş verən terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Rəcəb Tayyib Ərdoğan və Barak Obama PKK da daxil olmaqla, terror təşkilatları ilə mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinə dair razılığa gəliblər.

 

Suriya münaqişəsinə toxunan tərəflər Münhendə əldə edilmiş razılaşmalara sadiq qalacaqlarını bildiriblər. Obama həmçinin Suriyanın şimal-qərbində hökumət qoşunları və kürdlərin hücumları ilə bağlı narahatlığını bildirib. ABŞ prezidenti bəyan edib ki, Türkiyənin özünümüdafiə hüququ var. Barak Obama bildirib ki, ABŞ NATO üzrə tərəfdaşına daim dəstək verəcək.

Müəllif | Apa.Tv
Apa.tv