Neft ucuzlaşmaqda davam edir

Dünən dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

 

APA TV-nin məlumatına görə, bu gün səhər seanslarında “Brent” markalı neftin bir bareli 33,10 dollardan satılıb.

 

Qərbi Texas nefti də gün ərzində ucuzlaşıb. Dünən 32,77 dollardan satılan WTI markalı neft bu gün 0,82 dollar ucuz satılır. Aprel ayının sonları üçün bağlanan fyüçerslərdə WTI neftinin qiyməti 31,95 dollar müəyyənləşib.

Müəllif | Apa.Tv
Apa.tv