Astarada ər arvadının qulaqlarını kəsdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Azərbaycanın Astara rayonunda dəhşətli işgəncə faktının üstü açılıb. Narkotik alüdəçisi olan ər həyat yoldaşının əl-qolunu bağlayaraq, ona insanlığa sığmayan əzablar verib. Azyaşlı uşaqların və ürəyi xəstə olanların bu kadrlara baxması məsləhət deyil. APA TV-nin məluamtına görə, tükürpədici hadisə Astara rayonunun Kələdəhnə kəndində qeydə alınıb. Çingiz Mehdiyev həyat yoldaşı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib.

 

Ardı-arası kəsilməyən işgəncələrə dözməyən iki uşaq anası olan Nisə Xəlilova var-gücü ilə bağlandığı otaqda qışqırmağa başlayır. Səsə ilk xəbər tutan isə qonşular olur. Onlar gəlini xilas etməyə cəhd etsələr də, ər qonşulara yaxına gəldikləri təqdirdə arvadını öldürəcəyi ilə hədələyir. Bunu görən qonşular qızın atasına zəng edərək onu hadisədən xəbərdar edirlər.

 

Şok keçirən və bədəninin müxtəlif nahiyyələrindən ciddi xəsarət alan qadın Astara mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Baş vermiş hadisəyə Nisə Xəlilovanın həyat yoldaşının evdə olan qızıl üzüyü apararkən Nisənin buna etiraz etməsi səbəb olub.

 

Nisə Xəlilovaya işgəncə verməkdə təqsirləndirilən həyat yoldaşı arvadını ona xəyanətdə günahlandırır. Nisə Xəlilova isə deyilənləri təkzib edir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv