"Ölüm vadisi" cənnətə çevrildi - TƏBİƏTİN NADİR MÖCÜZƏSİ
ABŞ-da nadir rastlanan təbiət hadisəsi baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, dünyanın ən quru və isti yerlərindən biri - Kaliforniya ərazindəki "Ölüm vadisi" adlanan ərazidə əsl cənnət yaranıb.
Səhralığı tanımaq olmur. Böyük bir ərazidə yüz minlərlə gül-çiçək bitib. Bu möcüzənin yaranmasına bölgəyə çox az hallarda rast gəlinən güclü yağışların yağması səbəb olub.
Bildirilir ki, son on il ərzində bu bölgədə heç ot da bitməyib. Amma bu mənzərənin ömrünün çox çəkməyəcəyi deyilir. Sinoptiklər bu ərazidə yenidən qovurucu istilərin düşəcəyini bildirirlər.
Xatırladaq ki, planetdə ən yüksək temperatur da məhz bu bölgədə qeydə alınıb - müsbət 57 dərəcə.