Fransa prezidenti: "Rusiya və Türkiyə arasında hər an müharibə başlaya bilər"

Türkiyə və Rusiya arasında müharibə təhlükəsi mövcuddur.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland “France Inter” radiosunun efirində bəyan edib.

 

“Türkiyə və Rusiya arasında  müharibə təhlükəsi mövcuddur. Suriyada vəziyyətin daha da gərginləşməməsi üçün bütün addımlar atılmalıdır”, - deyə Olland bildirib.

 

O qeyd edib ki, bölgədə hərbi əməliyyatlara son qoyulmalı, danışıqlar bərpa edilməli, əhaliyə humanitar yardımın çatdırılması üçün şərait yaradılmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv