İranlı general: "PKK mövqeləri ilk fürsətdə vurulacaq"
İran İnqilab keşikçiləri korpusunun komandanı general Məhəmməd Pakpur PKK mövqelərinin uzun müddətdir korpus əsgərləri tərəfindən müşahidə altında saxlanıldığını açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Tehranda keçirilən bir tədbir zamanı çıxışında general PKK döyüşçülərinin hər hansı bir aktivliyinin müşahidə olunacağı təqdirdə, İran ordusu tərəfindən onların mövqelərinə zərbə endiriləcəyini bildirib.
"İranın qərb sərhədlərinin qarşı tərəfi PKK-nın nəzarətindədir və bura hazırda iraqlı əsgərlər tərəfindən nəzarət olunmayan ərazidir. Əvvəllər bizim bu bölgələrdə hərbi hissələrimiz olmadığından, bölgə terrorçuların sərbəst hərəkət etdiyi ərazilərə çevrilmişdi. O zaman hər həftə əsgərlər terrorçuların qurduğu pusquya düşərək, şəhid olurdu. 2011-ci ildən İran bu bölgədə aktivliyini gücləndirərək, hərbi əməliyyatlara başlayıb. Hazırda PKK terrorçuların mövqeləri nəzarətimiz altındadır. Onlar tərəfindən kiçik bir yalnışlığa yol verilərsə, buna cavabımız çox ağır olacaq" - deyə o qeyd edib.