Rusiyanın hərbi gəmiləri Bakıya gələcək

Bu ilin ikinci yarısında “Adeks-2016” beynəlxalq hərbi-dəniz sərgisində iştirak etmək üçün Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri İranın Bəndər-Ənzəli, Qazaxıstanın Aktau və Azərbaycanın Bakı limanlarında olacaq.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xəzər donanmasının kontr admiralı İqor Osipov bildirib.

 

O deyib ki, donanmanın bu il prioritet məqsədi birgə beynəlxalq Qazaxıstan-Rusiya hərbi dəniz təlimlərində və “Qafqaz 2016” strateji qərargah təlimlərində iştirak etmək olacaq.

Müəllif | Apa.Tv
Apa.tv