Qazaxda 3 otaqlı ev yandı: qonşu ev xilas edildi

Qazax rayonunda ümumi sahəsi 120 kv. m olan birmərtəbəli 3 otaqlı fərdi ev yanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın evin iki otağının dam örtüyünün yanar konstruksiyalarını 90 kv. m sahədə əhatə edib.

 

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 300 kv. m olan ikimərtəbəli 5 otaqlı evin giriş qapısına bitişik lambirdən ibarət talvar 5 kv. m sahədə əriyib. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Müəllif | Apa.Tv
Apa.tv