Ağstafada ərzaq mağazasını yardılar

Ağstafada ərzaq mağazası yarılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

 

Kənd sakini Oqtay Osmanov səhər mağazanı açmağa gələndə dükanın yarıldığını görüb. Naməlum şəxslər gecə saatlarında əvvəlcə obyektin elektrik enerjisini kəsiblər, daha sonra isə qapının kilidini qıraraq içəridən 270 manat nağd pul, danışıq kartları və müxtəlif ərzaq məhsulları oğurlayıblar.

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli