Dollar, avro və rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5604 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7336 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi də azalıb. Hazırda 1000 Rusiya rublu 20 manat 30 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır. 

Müəllif | Apa.Tv
Apa.tv