Suriyada dəhşətli partlayış: ölü sayı 50-ni keçdi
Suriyada dəhşətli terror aktı törədilib. APA TV-nin məlumatına görə, Homs şəhərinin mərkəzində, əz-Zəhra məhəlləsində ardıcıl iki partlayış qeydə alınıb.
Bomba yüklü iki avtomobilin partladılması nəticəsində 50-dən çox adam ölüb, 100-ə yaxın adam da yaralanıb. Terror aktı nəticəsində ölənlərdən 28 nəfərin mülki şəxs olduğu bildirilir.
Suriya dövlət televiziyasının məlumatına görə, ölənlərin sayının artacağı istisna edilmir. Partlayış törədilən ərazinin Bəşər Əsəd tərəfdarlarının nəzarəti altında olduğu bildirilir. Hadisəni hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.