Türkiyə daha 3 şəhid verdi
Ötən gün Türkiyədə daha 3 əsgər şəhid olub. APA TV-nin xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada qeyd olunub.
Məlumatda bildirilib ki, ötən gün PKK terrorçularına qarşı keçirilmiş əməliyyatlar zamanı 3 əsgər şəhid olub, biri isə yaralanıb. Əsgərlərdən biri Şırnakda, digərləri isə Diyarbəkirdə şəhid olub.
Məlumatda həmçinin qeyd olunub ki, Mardində keçirilən əməliyyat zamanı 4 PKK-çı öldürülüb. Terrorçuların əsgərlərə qarşı hazırladığı 4 mina tələsi də zərərsizləşdirilib.
Hazırda Türkiyə ordusunun sözügedən bölgələrdə terrorçulara qarşı əməliyyatı davam edir.