Dünyanın axtardığı radioaktiv maddə tapıldı

Ötən ilin oktyabr ayında İraqda oğurlanan və İŞİD-in əlinə keçdiyi şübhə doğuran radioaktiv maddə tapılıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, "İridium 192" kapsulaları Bəsrə yaxınlığındakı Zübeyr şəhərində torpağa basdırılmış halda tapılıb.

 

Bəsrə Regional Şurasının üzvü  Nashat Şaban əl-Maksosi radioaktiv maddənin çevrə üçün risk təşkil etmədiyini qeyd edib: "Böyük ehtimalla bu cihaz şirkət işçiləri tərəfindən oğurlanıb. Ancaq görünür ki, onların bu cihazla bağlı heç bir məlumatları olmayıb, ona görə sata bilməyiblər. Hökumətin də cihazı axtardığını eşidib, ondan qurtulmaq istəyiblər".

 

Qeyd edək ki, İraq hökuməti Bəsrədəki ABŞ neft şirkətinə məxsus müəssisədən oğurlanan bu maddədən bomba hazırlana biləcəyini açıqlamışdı.

Müəllif | Apa.Tv
Apa.tv