ABŞ-da küçə qətliamı: 7 nəfər öldürüldü

Amerikanın Miçiqan ştatının Kalamazu şəhərində küçə qətliamı baş verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hadisə nəticəsində 7 nəfər öldürülüb, 1 nəfər ağır yaralanıb.


Qətliamı 45 yaşlı kişi törədib. O, hazırda polisin əlindədir və dindirilir. Saxlanılan şəxsin avtomobilindən müxtəlif silahlar aşkarlanıb.

 

"Elə təsəvvür yaranır ki, bu şəxs öz avtomobili ilə gəzib, öldürməyə adam axtarırmış", - deyə polis rəisinin müavini bildirib.


Qatilin öldürdüyü adamlarla heç bir əlaqəsi olmayıb. Qətl edilənlər arasında 14 yaşlı qız da var.


Kalamazu ABŞ-ın ən böyük şəhərlərindən olan Detroytun 190 kilometrliyində yerləşir.


Xatırladaq ki, statistik hesablamalara görə, ABŞ-da hər il 30 min nəfər odlu silahdan açılan atəşin qurbanı olur.

Müəllif | Apa.Tv
Apa.tv