Baş prokuror: "Elşad Abdullayevin ektradisiyası təmin olunacaq"
Bu gün Prokurorluq işçilərinin peşə bayramıdır. APA TV-nin xəbərinə görə, bu münasibətlə prokurorluq orqanlarının əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra jurnalistlərin sullarını cavablandıran baş prokuror Zakir Qaralov deyib ki, bu ilin ilk 9 ayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 3853 müraciət daxil olub. Vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 251 şəxs barəsində 138 cinayət işi üzrə tamamalanan istintaq işləri baxılması üçün məhkəmələrə göndərilib. Bu il idarə tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanılıb. İstintaq dövründə fiziki və hüquqi şəxslərə vurulmuş 14.0 milyon 500.0 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev barəsində aparılan araşdırmalara gəlincə, baş prokuror ümid edir ki, onun ektradisiya məsələsi yaxın günlərdə təmin olunacaq.
Baş prokuror deyib ki, Elşad abdullayevin qardaşı Elsevər Abdullayev hazlırda prokurorluq orqanlarında çalışır. Qarşıdan gələn seçkilərlə bağlı prokurorluqda işçi qrupunun yaradıldığını deyən Z.Qaralovun sözlərinə görə, "El” Hərəkatı Ali Məclisinin sədr müavini Əflan İbrahimovun təqdim etdiyi sənədlərdən görünür ki, Milli Şura bəzi qanunazidd hərəkətlər planlaşdırır.
Baş prokuror general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik olmadığını da əlavə edib.