Gəncədə dəhşət: ana 9 aylıq oğlunu su quyusuna atıb öldürdü

Gəncədə dəhşətli qətl törədilib. Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb.

 

Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisəni törədən M.Hüseynova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

APA-nın əldə etdiyi məlumata görə, M.Hüseynova psixi xəstə olub.

Müəllif | Apa.Tv
Apa.tv