"Hizbullah" İŞİD-in avtomobil karvanını belə partlatdı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

"Hizbullah" qruplaşması Suriyanın Həma vilayətində terrorçuların tutulması üçün keçirilən əməliyyatların görüntülərini yayıb.

 

APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, kadrlarda yol boyunca fuqas tipli partlayıcıların quraşdırıldığı və terrorçulara aid avtomobillərin hərəkəti zamanı işə salındığı aydın görünür. Güclü partlayış terrorçuları və onlara aid avtomobilləri bir anda külə çevirir.

 

Qeyd edək ki, Livan müqavimət hərəkatının və Suriya ordusunun əsgərləri silahlıları və onların nəqliyyat vasitələrini ələ keçirmək üçün zaman-zaman yollarda pusqu qurur.

Müəllif | Apa.Tv
Apa.tv