Çavuşoğlu: "Türkiyədə Suriyaya qoşun yeridilməsi müzakirə edilmir"

Suriya müxalifətinin təmsilçiləri sabah Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda bir araya gələcək.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Suriya müxalifəti bu barədə razılığa gəlib. Onlar atəşkəs bağlanmasını müzakirə edəcəklər", - deyə diplomat qeyd edib. Çavuşoğlu həmçinin Suriyada quru əməliyyatlarının başlanmasının gündəmdə olmadığını açıqlayıb.


"Türkiyədə Suriyada yerüstü əməliyyatların başlanması müzakirə mövzusu deyil. Səudiyyə Ərəbistanında da bu məsələ gündəmdə yoxdur. Belə bir addım yalnız ABŞ-ın rəhbərliyi ilə koalisiyanın bütün üzvlərinin iştirakı ilə atıla bilər", - deyə Çavuşoğlu qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv