İŞİD 11 yaşlı canlı bombanın videosunu yaydı - PARTLAYIŞ ANI
İŞİD terror təşkilatı daha bir ağlasığmaz addım ataraq, 11 yaşlı canlı bombanın videosunu yayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, videoda 11 yaşlı uşaq atasının əlini öpdükdən sonra bomba yüklü maşınla intihar planı həyata keçirir.
Videoda İŞİD terrorçularından birinin Əbu Imara əl-Omri adlı uşağa maşın sürməyi və bomba partlatmağı öyrətdiyi əks olunub. Videonun son hissəsində isə Əbu Imara maşının içərisində ikən atasının əlini öpür və onunla vidalaşır. Terrorçuların "cənnət səni gözləyir" sözlərindən sonra maşını işə salan uşaq bir müddət onlar tərəfindən müşayiət edilir. Daha sonra isə uzaqdan partlayış anı əks olunur.
Əbu Imaranın Hələbin Qazl kəndində Əsəd rejiminə qarşı törədilən bombalı hücumda həyatını itirdiyi təxmin edilir.
Qeyd edək ki, ötən il partlayıcı yüklü maşınlarla edilən intihar hücumlarında 89 uşaq ölüb.