Abdullah Gül AKP-nin qurucuları siyahısından çıxarıldı
Türkiyənin 11-ci prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasının qurucuları siyahısından çıxarılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, sabiq dövlət başçısı ilə bərabər daha üç nəfərin - Yaşar Yakış, Nur Doğan Topaloğlu və Yasemin Kumralın da adları sözügedən siyahıdan çıxarılıb.
Bununla da partiya yaradıcılarının sayı 64-dən 61 nəfərə enib. Hələlik partiyadan bu addımın səbəbləri barəsində hər hansı bir açıqlama verilməyib.