Britaniyalı deputat: "Azərbaycan dini etiqadları və etnik azlıqları təşviq edir"

"Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini etiqadları və etnik azlıqları təşviq edir”.

 

APA-nın məlumatına görə, bunu Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş millət vəkili, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman (Bob Blackman) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında deyib.

 

B. Bləkman bildirib ki, Suriya, Yaxın Şərq və Şimali Afrikada radikal İslamın baş qaldırdığı, Misirdə isə xristianların təzyiq altında olduğu bir zamanda yaşayırıq: “Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradılıb. Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir. Həmin faktı qəbul etmək və alqışlamaq lazımdır. Bundan əlavə, beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa əməl olunması və Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox iş görməlidir. Azərbaycan açıq şəkildə nümayiş etdirib ki, bütün dinlərə qarşı, sadəcə, tolerantlıq göstərilmir, eyni zamanda, bu dinlər təşviq olunur".

 

Britaniyalı parlamenterinin sözlərinə görə, bu səbəbdən işğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər. Azərbaycan tolerant ölkədir və işğal edilmiş torpaqlar geri qaytarılmalıdır.  

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə