Dollar və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5612 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7240 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi də artıb. Hazırda 1000 Rusiya rublu 20 manat 80 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır. 

Müəllif | Apa.Tv
Apa.tv