Ukraynada daha bir sifarişli qətl: Luqanskda şəhər meri öldürüldü

Luqansk vilayətində Starobelsk şəhərinin meri Vladimir Jivaqo işlədiyi binanın həyətində gözətçi tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, həkimlər onun həyatını xilas etməyə çalışsa da, bu mümkün olmayıb və mer başından aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktı vilayətin Hərbi-Mülki Administrasiyasının rəhbəri Qriqoriy Tuka da təsdiqləyib. Onun sözlərinə görə, şəhər meri ötən gecə, yerli vaxtla saat 22:00 radələrində yaralı vəziyyətdə aşkarlanıb, bir qədər sonra isə vəfat edib.

Q.Tuka həmçinin faktla bağlı cinayət işinin başlandığını, istintaq aparıldığını da sözlərinə əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv