Kürdəmirdə 40-dan çox sürücü cərimələndi

Baş verə biləcək avtomobil qəzalarının qarşısının alınması məqsədilə Kürdəmirdə keçirilən reyd zamanı 40-dan çox nəqliyyat vasitəsinin sürücüsü cərimələnib.

 

APA TV-nın yerli bürosunun xəbərinə görə, reyd zamanı əsasən sənədləri qaydasında olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşma, ötmə, manevretmə, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin hərəkət hissələrində yerləşdirilməsi kimi qayda pozuntusuna rast gəlinib.

 

Qayda pozduğuna görə polis tərəfindən saxlanılan sürücülərin bəziləri məsuliyyətdən yayınmaq üçün bunu bilərəkdən etmədiklərini deyiblər. Maşında etdikləri dəyişikliklərə görə saxlanılan sürücülər isə bunu nəqliyyat vasitəsinə yaraşıq vermək üçün etdiklərini bildiriblər.

 

Reyd zamanı ümumilikdə 40-dan artıq sürücüyə cərimə protokolu tərtib olunub. Yol polisi bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.

 

Müəllif | Apa.Tv
Zahid Abışov