Türkmənlər 3 Rusiya və 50 Suriya əsgərini öldürdü
Suriyanın Latakiya vilayətinin Cəbəl Əkrad və Türkmən dağı bölgələrində 3 rus və 30-dan çox Əsəd ordusunun əsgəri öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə “İslah” agentliyi məlumat yayıb.
Məlumata görə, müxaliflərin nəzarətində olan Cəbəl Əkrad və Türkmən dağı bölgələri Rusiya qırıcıları və Əsəd qüvvələri tərəfindən ağır bombardmana məruz qalmaqda davam edib.
Məhdud imkanlara malik müxaliflər Əsəd qüvvələrinin qarşısını almağı bacarıb. Şiddətli döyüş zamanı Əsəd ordusunun 30-dan çox əsgəri öldürülüb, bir neçə hərbi texnikası sıradan çıxarılıb. Öldürülənlər arasında 3 rus hərbçisi də var.