Dayan, Snikersləmə! İçindən plastmas çıxdı!
ABŞ-ın "Mars" kompaniyası bazara çıxardığı 4 milyondan çox şokolad batonunu satışdan geri çəkir.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, şirniyyat məhsulları Hollandiyanın Vexel şəhərindəki fabrikdə istehsal olunub.
Alman müştərilər şokolad məhsullarının içərisində plastmas qırıntıları aşkarlayıblar. Plastmas qırıntılarının məhsulların içinə hansı şəraitdə düşdüyü bəlli deyil.
"Mars", "Snikers" və "Milki Vey" dünyanın 55 ölkəsindən son partiya istehsal məhsullarını geri çəkəcək. Həmin şokolad batonlarının saxlama müddətinin bu ilin iyunundan gələn ilin yanvar ayına qədər keçərli olduğu bildirilir.