Donald Tramp praymerizlərdə ard-arda 3-cü dəfə qalib ola bilər
Donald Tramp Nevada ştatında respublikaçılar arasında keçirilən növbəti praymerizlərin qalibi olub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bülletenlərin ilkin hesablanması bunu deməyə əsas verir.
Bu, Donald Trampın keçirilən son praymerizlərdə bir-birinin ardınca üçüncü qələbəsi ola bilər. Bundan öncə milyarder Nyu-Hempşir və Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərin də qalibi olub. Hazırkı nəticələr Donald Trampın 42 faiz səslə öz rəqiblərini geridə qoyduğunu göstərir. Bu ştatda mütləq qələbəyə nail olmaq üçün ümumilikdə 1237 partiya təmsilçisinin səsini qazanmaq lazımdır. Trampın rəqibləri senatorlar Marko Rubio və Ted Kruz, eləcə də Ohayo ştatının qubernatoru Con Keysik və neyrocərrah Ben Karsondur.
Qeyd edək ki, Respublikaçılar Partiyasının ümumi qurultayı 18-21 iyul tarixlərində Ohayo ştatının Klivlend şəhərində keçiriləcək. İndi hər kəs böyük maraqla burada artıq "Super çərşənbə axşamı" adını almış 1 mart tarixini gözləyir. Həmin gün praymerizlərin ABŞ-ın 12 nəhəng ştatında keçiriləcəyi bildirilir.
Bu ştatlar partiya qurultaylarına ən çox nümayəndə göndərməli olan ərazi vahidləridir. Seçki kampaniyasının final akkordları isə iyun ayında Kaliforniyada səslənəcək.