Nepal dağlarında sərnişin təyyarəsi yoxa çıxdı - MÜƏMMA

Nepal dağlarında təyyarə yoxa çıxıb. 

 
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Tara Airlines" aviaşirkətinə məxsus, Pokhardan Comsoma uçan təyyarə ilə əlaqə fevralın 24-də səhər saatlarında itib.


"Twin Otter" təyyarəsinin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub. 


Yerli məmurların bildirdiyinə görə, təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal olunur. 


Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir. 


Pokhar-Comsom arasında məsafə 50 km-dir, qrafik üzrə uçuş 18 dəqiqə çəkir. Dağlıq ərazilərə səyahət edənlər Comcomdan yola salınır. İki aeroport arasında uçuş-enmə zolağı yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv